"İrəli" İctimayi Birliyi ilə AzQAC tərəfindən İlk Yardım təlimi keçirilib
Əsas səhifə / XƏBƏRLƏR / "İrəli" İctimayi Birliyi ilə AzQAC tərəfindən İlk Yardım təlimi keçirilib
"İrəli"
İctimayi Birliyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən İlk Yardım təlimi
keçirilib. AzQAC-ın İlk Yardım üzrə mütəxəssisi Şahin Biləndərli tərəfindən 29
nəfərə həmin İctimayi Birliyin ofisində təlimi keçirilib. Tədbir zamanı Dr.
Şahin iştirakçılara ilk yardımın əsasları, huşsuz nəfəs alan, bərpa vəziyyəti,
tənəffüs yollarının tutulması, qanaxma, sınıqlar, zəhərlənmələr və yanıqlar
mövzuları ətrafında geniş məlumat verib və praktiki məşğələlər nümayiş edib.